İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS-ın yeraltı tunel şəbəkəsinin hədəfə alındığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu açıqlama ilə İsrail Müdafiə Ordusunun (SAXAL) sözçüsü Conatan Konrikus çıxış edib.
Onun sözlərinə görə, HƏMAS 2007-ci ildə Qəzzada hakimiyyəti ələ keçirdikdən sonra illər ərzində yeraltı tunellər qazıb.
SAXAL sözçüsü bildirib ki, yaraqlılar tunellərdən yüklərin daşınması və İsrailə qarşı əməliyyatların planlaşdırılması və həyata keçirilməsi üçün istifadə ediblər.
“İsrail Hərbi Hava Qüvvələri Qəzzanın bir çox hissələrinə zərbələr endirirlər. Biz ilk növbədə HƏMAS-ın yuxarı eşelonlarında təmsil olunan komandirlərə və təşkilatın liderlərinə zərbə vururuq”, - SAXAL sözçüsü əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB