Avdeevkanın müdafiəsinə super təcrübəli zabit rəhbərlik edir...

Avdeevkanın müdafiəsinə super təcrübəli zabit rəhbərlik edir...

...Avdeevka yaxınlığında rusların güclü hücumları baş verir. Şəhərin müdafiəsinə super təcrübəli zabitlərdən biri, Ukrayna Qəhrəmanı rəhbərlik edir.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, əvvəllər 7-ci və 8-ci çağırışların xalq deputatı olmuş hərbçi Yeqor Firsov qeyd edib ki, düşmən Ukraynanın Müdafiə Qüvvələrinə qarşı çox güclü hücumlar edir.

Onun dediyinə görə, hər şey ciddidir.

Ruslar kiçik artilleriyadan, minaatanlardan, qradlardan tutmuş təyyarə və pilotsuz uçuş aparatlarına qədər bütün növ silahlardan istifadə edirlər.

Maraqlıdır ki, Firsov, eyni zamanda, Ukraynanın Müdafiə Qüvvələrinin həqiqətən də “havada paritet” olmadığını da etiraf edib.

Onun sözlərinə görə, Avdeevkanın müdafiəsinə əslində super təcrübəli zabitlərdən biri rəhbərlik edir.

O da maraqlıdır ki, həmən zabiti Ukrayna Qəhrəmanı kimi təqdim edən Firsov, onun soyadını bildirməyib.

Firsov xatırladıb ki, Avdeevka artıq il yarımdır ki, genişmiqyaslı müharibə aparır və Müdafiə Qüvvələrinin bütün üzvlərinin qarşısında duran vəzifə təkcə öz mövqelərini saxlamaq deyil, həm də düşmənə sarsıdıcı zərbələr endirib onu məğlub etməkdir.

Bu arada Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün axşam hesabatında rusların Avdeevka istiqamətində 10, şərq bölgələrində isə daha 8 uğursuz hücum etdiklərini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə