Ukraynanın Avropa İttifaqına üzv olması ilə bağlı danışıqlar 2024-cü ilin birinci yarısında başlamalıdır.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Brüsseldə Prezident Volodimir Zelenski ilə Belçikanın Baş naziri Aleksandr De Kroo arasında görüşdən sonra Ukrayna Prezident Ofisinin rəhbərinin müavini İqor Jovkv bildirib.
“Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara Belçikanın Aİ Şurasına sədrliyi dövründə, 2024-cü ilin birinci yarısında faktiki start veriləcək”, - deyə o əlavə edib.
Qeyd edək ki, ötən il Ukrayna Avropa İttifaqına üzvlük üçün namizəd statusu alıb. İndi isə Aİ-yə qəbul olunmaq üçün bir sıra şərtləri yerinə yetirməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB