Bolqarıstanda Rusiyaya ikili təyinatlı mal və texnologiyaların qanunsuz tədarükü ilə bağlı üçü rus olmaqla 12 nəfər saxlanılıb.
SİA-nın əldə etdiyi məlumata görə, burada söhbət digər şeylərlə yanaşı, optik nişangahlar, durbinlər və aviasiya radiostansiyalarından gedir.
Bolqarıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Agentliyinə ikili təyinatlı malların ixracı barədə məlumat daxil olub və bundan sonra qeyri-qanuni tədarüklərin mürəkkəb şəbəkəsi aşkarlanıb.
Qeyd edək ki, bunu agentliyin rəhbəri Plamen Tonçev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, şəbəkə 2021-ci ilin əvvəlindən Sofiya, Plovdiv, Varna və Veliko Tırnovoda fəaliyyət göstərirmiş. Şəbəkəyə tədarükləri maliyyələşdirməkdə Rusiya vətəndaşları rəhbərlik edib.
Qeyd edək ki, həmən rusların adları çəkilmir.
Onu da qeyd edək ki, çatdırılmalar müxtəlif şirkətlərin köməyi ilə həyata keçirilib, onlardan birinin baş ofisi Plovdivdə yerləşir. O bildirib ki, mallar bu şəhərə gəlib, yenidən qablaşdırılıb, sonra Sofiyaya, oradan isə Rusiyaya daşınıb. Əməliyyatların ümumi dövriyyəsi 4 milyon bolqar levası (təxminən 2 milyon avro və ya təxminən 121 milyon rubl) təşkil edib.
Tonçevin sözlərinə görə, Rusiyaya qeyri-qanuni tədarük edilən mallar arasında optik nişangahlar, durbinlər və aviasiya radioları var.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB