İsrailin müdafiə naziri Yoav Gallant Qəzza zolağı ilə sərhəddəki qoşunlara dövlətin Qəzzaya “tam hücuma” başladığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, yerli “The Times of Israel” nəşri yazır ki, İsrailin cənubunda HƏMAS terrorçuları ilə ara-sıra toqquşmalar dördüncü gündür davam edir.
“Mən bütün məhdudiyyətləri aradan qaldırdım, əraziyə nəzarəti bərpa etdik və tam hücuma keçirik. Burada reallığı dəyişmək imkanınız olacaq. Siz ödənilən qiymətləri gördünüz və dəyişiklikləri görəcəksiniz. HƏMAS Qəzzada dəyişiklik istəyirdi...belə də olacaq. HƏMAS düşündüyündən 180 dərəcə dəyişəcək”, - deyə Gallant bildirib.
Onun sözlərinə görə, HƏMAS əməlinə peşman olacaq və Qəzza heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq.
“Kim başını kəsməyə, Holokostdan sağ çıxan qadınları öldürməyə gəlirsə, biz onu bütün gücümüzlə və güzəştə getmədən məhv edəcəyik”
Bunu da Qallant əlavə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB