“Orada millətçinin dəfn mərasimi keçirilirmiş…”

Nebenzya Qrozada kafeyə hücum haqqında, sadəcə olaraq, bunu deyib
“Orada millətçinin dəfn mərasimi keçirilirmiş…”

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya beynəlxalq təşkilatın üzvləri qarşısında çıxışı zamanı rus hərbçilərinin Xarkov vilayətinin Qroza kəndində dinc sakinin ölümü ilə nəticələnən kafeyə endirilən raket zərbəsinə münasibət bildirib.

Beləliklə, onun dediyinə görə, kafedə yüksək rütbəli ukraynalı millətçilərdən birinin dəfn mərasimi keçirilərkən, təbii ki, orada onun çox sayda neonasist yoldaşları da iştirak edib.

Nebenzyanın dediyinə görə, guya bunu ölənlər arasında hərbi yaşda öldürülən kişilərin çoxluq təşkil etdiyi də sübut edir.

Xatırladaq ki, oktyabrın 5-də Rusiya hərbçiləri Xarkov vilayətinin Kupyanski rayonunun Qroza kəndinə raketlə hücum edib.

Bəzi mənbələrə görə, “İsgəndər” raketi həmin vaxt Ukrayna Silahlı Qüvvələrinin sıralarında xidmət edən yerli sakin üçün dəfn mərasiminin keçirildiyi ərzaq mağazası və kafeyə düşüb.

Zərbə nəticəsində 52 nəfər həlak olub, daha 5 nəfər itkin düşüb. Ölənlər arasında hərbçinin oğlu və dul arvadı da olub. Qeyd edilir ki, ümumilikdə 330 nəfərlik Qrozaya hücumu Ukrayna hakimiyyəti Rusiyanı dinc əhaliyə qarşı qəsdən törədilən terror aktı kimi dəyərləndirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə