Almaniyada ilk dəfə İmam Hatip Liseyi açıldı

DİTİB Hamburq-Şlezviq-Holşteyn (Hamburg-Schleswig Holstein) Dini Məsləhət Şurasının sədri Osman Dikeç Almaniyanın şimalında yaşayan gənclərin xahişi ilə bu təhsil proqramına başladıqlarını söyləyərək deyib ...
Almaniyada ilk dəfə İmam Hatip Liseyi açıldı

Almaniyada Türkiyənin Türk-İslam Diyanət İşləri Birliyi (DİTİB) başladığı yeni layihə ilə ilk dəfə olaraq qiyabi İmam Hatip Liseyi açıldı. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Hamburqdakı Bergedorf DİTİB Kocatepe məscidində təşkil edilən tədbirlə İmam Hatip Liseyi tanıdılıb.

DİTİB Hamburq-Şlezviq-Holşteyn (Hamburg-Schleswig Holstein) Dini Məsləhət Şurasının sədri Osman Dikeç Almaniyanın şimalında yaşayan gənclərin xahişi ilə bu təhsil proqramına başladıqlarını söyləyərək deyib: "15-25 yaş aralığındakı qızlar və oğlanlar bu liseydə ərəb dili, Quran və təfsirini öyrənəcək, digər kurslara da qatıla biləcəklər. Dərslər yalnız həftə sonları DİTİB-ə bağlı Berqedorf Kocatepe məscidi və Pinneberq Yeni məscidində müəllimlər tərəfindən üzbəüz veriləcək.

9, 10, 11 və 12-ci sinifləri əhatə edən 4 illik təhsil prosesi xaricdəki tələbələr üçün intensiv proqramla 3 ilə başa çatdırılacaq. Liseyi uğurla başa vuran tələbələrə Türkiyədəki lisey diplomuna bərabər etibarlı atestat veriləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə