"İsrailin təhlükəsizliyi üçün lazımi dəstəyi verməkdə qərarlıyıq"

"İsrailin təhlükəsizliyi üçün lazımi dəstəyi verməkdə qərarlıyıq"

ABŞ-ın vitse-prezidenti Kamala Harris "Həmas"ın İsrailə qarşı hücumlarını pisləyib və İsrailin təhlükəsizliyi üçün lazımi dəstəyi verməkdə qərarlı olduqlarını bildirib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamaya görə, Harris İsrail prezidenti İsak Hersoqla telefonla danışıb.

Telefon danışığı zamanı Harris özü və həyat yoldaşı adından "Həmas"ın hücumlarından zərər çəkən hər kəsə təcili şəfa diləyib, həyatını itirənlər üçün isə başsağlığı verib.

"Dəhşətli və misli görülməmiş" hücumları pisləyən Harris "bu cür terror hücumlarına heç vaxt bəraət qazandıra bilməyəcəyini" deyib.

ABŞ-ın İsrailin təhlükəsizliyinə sarsılmaz dəstəyini təkrarlayan Harris ölkəsinin İsrailə lazımi dəstəyi verməkdə qərarlı olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Lloyd Austin "Həmas"ın başlatdığı hücumlarda İsrailə yardım etməyə hazır olmaq üçün təyyarədaşıyan donanmasının Aralıq dənizinin şərqinə göndərilməsi əmrini vermişdi.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları 8 oktyabr səhəri İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib.
Dərinləşən gərginlikdə iki tərəftdə də yüzlərlə insan itkisi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə