...Rusiyanın cənubu və Şimali Qafqaz regionlarında Ukraynada müharibənin əleyhdarlarına qarşı repressiyalar davam edir.
SİA-nın əldə etdiyi məlumata görə, Volqoqradlı Sergey Latmentsevin inzibati işinin təfərrüatları məlum olub.
Belə ki, rusiyalı hüquq-mühafizə orqanlarının fikrincə, o, küçədə üzərində Ukrayna bayrağının rənglərində ürək şəkli olan və üzərində “Canlı Ukrayna” yazısı olan köynəkdə olub. Təıbii ki, belə olmaz!
Ona görə də o, küçədə patrul əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmədə Volqoqrad sakini günahını etiraf edib, lakin o köynəyi “qiyməti aşağı salınmış mallar mağazasından aldığını onlara “dokazat” edə bilməyib.
Ona görə də “samıy qumannıy sud v mire” belə qənaətə gəlib ki, Latmentsev çoxlu sayda vətəndaşın olduğu ictimai yerdə “Ukrayna bayrağının rənginə boyanmış ürəyə aparan kardioqramma olan köynək nümayiş etdirib” və bu, özlüyündə Latmentsevin xüsusi hərbi əməliyyata münasibətin ifadəsidir.
Ona görə də Rusiya qanunlarına görə, belə adamlar içəridə otuumalıdırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB