Kadırov Rusiyada prezident seçkilərinin ləğvini təklif edib

Kadırov Rusiyada prezident seçkilərinin ləğvini təklif edib

Xüsusi əməliyyata görə qarşıdan gələn Rusiya prezident seçkiləri ləğv edilə və ya yalnız bir namizədlə keçirilə bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu təkliflə Çeçenistan rəhbəri Ramzan Kadırov çıxış edib.

Qeyd edək ki, yerli medianın məlumatına görə. bu bəyanat Qroznının mərkəzində Vladimir Putinin anadan olmasının 71-ci ildönümünə həsr olunmuş mitinqdə səsləndirilib.

“Mən indi, xüsusi hərbi əməliyyat davam edən zaman təklif edirəm ki, biz yekdilliklə seçkilərdə bir namizədimiz olacağına qərar verək - Vladimir Vladimiroviç Putin. Yaxud müvəqqəti olaraq seçkiləri ləğv edin, çünki bu gün ölkəmizi müdafiə edə biləcək başqa adamımız yoxdur”.

Ramzan Kadırov bildirib bunu.

“Qroznı-inform”un məlumatına görə, aksiya fleşmob formatında baş tutub və orada 25 min insan iştirak edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə