Daşqınlar nəticəsində həyatını itirənlərin sayı açıqlandı

Daşqınlar nəticəsində həyatını itirənlərin sayı açıqlandı

Hindistanın şimal-şərqindəki əyalətdə baş verən daşqınlar nəticəsində həyatını itirənlərin sayı 53 nəfərə çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Hindistanın NDTV telekanalının yaydığı məlumatda bildirilib.
Səlahiyyətlilər daşqınlar nəticəsində 25 min adamın zərər gördüyünü açıqlayıb.
Həyatını itirənlər arasında 7 əsgərin də olduğunu bildirən səlahiyyətlilər, axtarış-xilasetmə işləri çərçivəsində 2400-dən çox adamın xilas edildiyini vurğulayıb.
Səlahiyyətlilər həmçinin daşqın nəticəsində təxminən 1200 evə ziyan dəydiyini, 140-dən çox adamın tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatlarının davam etdirildiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə