Rusiyadan Cənubi Kipr Rum Administrasiyasına nota

Rusiyadan Cənubi Kipr Rum Administrasiyasına nota

Rusiya Xarici İşlər Nazirliyi Cənubi Kipr Rum Administrasiyasında (GCASC) rusiyalı jurnalistin saxlanılması və rus diplomatın yaralanması ilə bağlı açıqlama yayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Kipr Rum Administrasiyasının (GKKK) Moskvadakı səfiri Kipros Yorqalisin "qəbuledilməz və təxribatçı" olaraq xarakterizə edilən hərəkətlərə görə nazirliyə çağırıldığı açıqlanıb. Yorqalisə “Rossiyskaya qazeta”nın müxbiri Aleksandr Qasyukun Cənubi Kipr Rum Administrasiyasında saxlanılması və Rusiyanın Cənubi Kipr Rum Administrasiyasındakı səfirliyində çalışan diplomatın zorakılıqla yaralanmasına görə Rusiya tərəfindən nota verildiyi bildirilib. Nazirlikdən verilən açıqlamada Kipr səlahiyyətlilərindən rəsmi üzr istənildiyi, jurnalistin dərhal sərbəst buraxılması və hadisə ilə bağlı açıqlama tələb edildiyi də bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə