Rusiyalı iş adamlarının Ukraynada hesabları dondurulub

Rusiyalı iş adamlarının Ukraynada hesabları dondurulub

Ukrayna məhkəməsi rusiyalı iş adamları Mixail Fridman, Pyotr Aven və Andrey Kosoqovun 17 milyard qrivendən (460 milyon dollardan çox) çox məbləğdə hesablarına həbs qoyub.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Beləliklə, Təhlükəsizlik Xidmətinin məlumatına görə, məhkəmə sanksiyaya məruz qalan rusiyalı oliqarxlar Mixail Fridman, Pyotr Aven və Andrey Kosoqova məxsus Ukraynadakı bütün korporativ hüquqlarını müsadirə edib.

Qeyd edək ki, həbs ümumi məbləği 17 milyard qrivnadan çox olan 20 şirkət və maliyyə qurumuna şamil edilib.

Xatırladaq ki, sentyabrın əvvəlində Ukraynanın Təhlükəsizlik Xidməti Fridmanı Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatını maliyyələşdirməkdə ittiham edib. Bundan başqa, Fridman rus əsgərlərinə ərzaq, geyim və digər məhsullar paylamaqda da ittiham olunur.

Həmçinin, əvvəlində Ukraynanın Təhlükəsizlik Xidmətinin məlumatına görə, iş adamının sığorta şirkətləri cəbhədəki Rusiya hərbi qulluqçularının hərbi texnikasının, həyat və sağlamlığının sığortasını öz üzərinə götürüb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə