Çinin cənubunda helikopter qəzaya uğrayıb - pilot həlak olub

Çinin cənubunda helikopter qəzaya uğrayıb - pilot həlak olub

Çinin cənubundakı Quanqsi-Çjuanq muxtar bölgəsində helikopter qəzaya uğrayıb. SİA TASS-a istinadla xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində bir nəfər - pilot ölüb, üç nəfər yaralanıb.

Yaralananlar yerli xəstəxanalardan birinə yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə