Emmanuel Makrondan etiraf...

"...Bu mərhələdə Azərbaycana qarşı sanksiyalar əks-məhsuldar olacaq."

SİA-nın əldə etdiyi məlumata görə, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

Azərbaycanı Dağlıq Qarabağda hərbi əməliyyatlar aparmağa görə qınayıb, hətta Bakının Ermənistanın xeyrinə qərəzli hesab etsə belə, Fransa hökumətinin mövqeyinin düzgün olduğunu vurğulayıb.

Makronun dediyinə görə, guya Fransanın Azərbaycanla heç bir problemi yoxdur, amma Azərbaycanın beynəlxalq hüquqla bağlı (yenə də guya) problemləri var.

...Avropanın Azərbaycana qarşı sanksiyalar tətbiq etməsinin vaxtı hələ çatmadığını deyən Makron, Azərbaycana qarşı sanksiyaların əks-məhsuldar olacağını və Ermənistan ərazisinin, eləcə də onun sakinlərinin ən yaxşı şəkildə qorunmasına imkan verməyəcəyini etiraf edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə