Səfirimiz bekarçılıqdan “milçək qovur”..?

Səfirimiz bekarçılıqdan “milçək qovur”..?

Monteneqronun Rusiyada qalan yeganə səfiri heç nə etmir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Monteneqronun baş naziri Dritan Abazoviç Varşavada keçirilən beynəlxalq təhlükəsizlik forumunda çıxışı zamanı deyib.

“...Biz Podqoritsadakı bütün rus diplomatlarını persona non qrata elan etdik, indi onların orada yalnız səfiri var, yalnız bir səfiri var. Moskvadakı diplomatlarımızla da eyni şeyi etdilər, bizim də Moskvada tək səfirimiz var ki, o da heç nə etmir”, - Abazoviç bildirib bunu.

Qeyd edək ki, Vladislav Maslenikov 2019-cu il iyulun 1-dən Rusiyanın Monteneqrodakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır.

Monteneqronun bütün diplomatik nümayəndəliyindən yalnız 24 noyabr 2020-ci ildə bu vəzifəni icra edən Fövqəladə və Səlahiyyətli səfir Milorad Şepanoviç də Moskvada qalıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə