“Ukrayna öz ərazilərini heç nə müqabilində alver etməyəcək. “Mən təsdiq edə bilərəm ki, nə NATO-dan, nə də digər Qərb tərəfdaşlarımızdan hər hansı digər addımlar müqabilində Ukraynanın ərazilərindən imtina etməsi ilə bağlı heç bir rəsmi təklif olmayıb”.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna mətbuatına istinadən ölkənin xarici işlər nazirinin müavini Yevgeni Perebeynis deyib.
Xatırladaq ki, bir müddət bundan əvvəl NATO baş katibinin ofisinin rəhbəri Stian Yenssen, Kiyevin ərazilərin bir hissəsindən imtinası müqabilində bloka üzv olmaq üçün mümkün həll yollarından birini adlandırıb və bunun Moskva ilə münaqişənin sona çatmasına gətirib çıxara biləcəyini demişdi.
Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko cavabında belə söhbətlərin “Rusiyanın əlinə keçdiyini” bildirib.
Xatırladaq ki, Ukrayna bir il əvvəl NATO-ya müraciət edib. Rusiya Federasiyası buna cavab olaraq, Ukraynanın alyansa mümkün üzvlüyünün Rusiya üçün təhlükə yaradatsa da, lakin Kiyevin təhlükəsizliyini artırmayacağını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB