Rəsmilər Ankarada 1 oktyabr terror aktı ilə bağlı açıqlamalar verdi
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş sosial media hesabından Ankarada 1 oktyabr terror aktı ilə bağlı açıqlamasında bildirib: “Terrorçuları və onların arxasında duran qüvvələri məhv etmək üçün qətiyyətlə mübarizə aparan qəhrəman təhlükəsizlik qüvvələrimizin və qurumlarımızın hər zaman yanında olduğumuzu bir daha vurğulayırıq”. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Ədliyyə naziri Yılmaz Tunç da sosial media hesabından paylaşım edib: “Bu hücumlar Türkiyənin terrorla mübarizəsinə heç bir şəkildə mane ola bilməyəcək. Terrorla mübarizəmiz daha da qətiyyətlə davam edəcək. Buna heç kim şübhə etməməlidir".
Xarici işlər naziri Hakan Fidan hücumda yaralanan polislərə şəfa diləyib: "Daxili İşlər Nazirliyimizin şəxsi heyətinə və millətimizə ən xoş arzularımı çatdırıram. Terrorla mübarizəmizi daxildə və xaricdə qətiyyətlə davam etdirəcəyik".
Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun sosial media hesabında yazıb: “Biz heç vaxt terrorun Türkiyənin siyasətini tərtib etməsinə icazə verməyəcəyik və terrora qarşı mübarizəmiz hər sahədə sürəcək”.
Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik deyib: “Biz terroru pisləyirik. Terrora qarşı mübarizəmiz qətiyyətlə davam edəcək”.
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu sözügedən mövzuya belə münasibət bildirib: “Terrorizm insanlığa qarşı cinayətdir. Kimdən və haradan gəlməsindən asılı olmayaraq, biz ölkə olaraq birlikdə mübarizə aparacağıq və heç vaxt xain ambisiyalara imkan verməyəcəyik”.
İYİ Partiyanın sədri Meral Akşener deyib: “Hücumu zərərsizləşdirən qəhrəman polislərimizə ürəkdən təşəkkür edir və yaralanan polislərimizə tezliklə şəfa tapmalarını diləyirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB