ABŞ-ın Nyu-York ştatının qubernatoru Keti Hoçul davam edən güclü yağışlar səbəbindən Nyu-Yorkda fövqəladə vəziyyət elan edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
“Nyu-York, Lonq-Aylend və Hudson vadisində fövqəladə vəziyyət elan edilib” - deyə o bildirib.
Cümə axşamı axşam saatlarında başlayan yağış nəticəsində bəzi küçələri su basıb. Laqvardiyadakı hava limanlarından birinin, eləcə də bir sıra metro xətlərinin işi dayandırılıb. Yağışın daha bir neçə saat davam edəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə