Rusiya Kremençuqa raket zərbəsi endirib, bir nəfər həlak olub

Rusiya qoşunları cümə günü axşam saatlarında Kremençuqa raket hücumu həyata keçirib. Poltava vilayətinin hərbi administrasiyasının rəhbəri Dmitri Luninin sözlərinə görə, raketlərdən biri mülki infrastruktur obyektinə düşüb. Bir mülki şəxs həlak olub. Biri uşaq olmaqla 15 nəfər yaralanıb.

Kremençuqa atılan raketlərin dəqiq sayı məlum deyil. Lunin bir raketin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasına aydınlıq gətirib.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Kremençuq istiqamətində qanadlı raketin buraxılması barədə məlumat yayıb.

Rusların Ukraynanı hər gün atəşə tutduqlarını SİA elə rus saytlarına istinadən etiraf edir.

Amma Rusiya Müdafiə Nazirliyi “and-aman” edir ki, onlar zərbəni ev və mülki infrastrukturlara yox, yalnız hərbi obyektlərə vururlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə