Ukraynaya hələlik ATACMS raketləri verilməyəcək...

Belə görünür ki, ATACMS uzaqmənzilli raketləri ABŞ-ın gələcək yardım paketinə daxil deyil.

Yəni Birləşmiş Ştatlar bu raketləri hələlik Ukraynaya verməmək qərarına gəliblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, Cozef Baydenin gələcəkdə Ukraynadan bu tələbi gündəmdən çıxarmadığını bəyan edib.

Sallivannın dediyinə görə, prezident mütəmadi olaraq həm hərbçilərlə, həm Avropadakı həmkarları ilə, həm də ukraynalıların özləri ilə müharibənin istənilən mərhələsində döyüş meydanında nəyin lazım olduğu barədə danışır.

“...Bu günə qədər hər şeyi ölçüb-biçdikdən sonra o, Kiyevi ATACMS-lə təmin etməyəcəyinə qərar verib. Lakin gələcəkdə onları öz hesablarından da çıxarmayacaq”.

Bunu deyən amerikalı müşavirin sözlərinə görə, Baydenin elan edəcəyi yeni hərbi yardım paketi Ukraynaya gələcək hadisələrə qarşı müdafiəsini gücləndirməyə kömək edəcək, əhəmiyyətli hava hücumundan müdafiə imkanlarını ehtiva edəcək.

Yeri gəlmişkən, Sullivan Ukraynanı kritik infrastruktura yeni Rusiyanın hücumları ilə dolu sərt qışla üzləşəcəyini proqnozlaşdırır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə