Şimali Qafqazda müəllimlər üçün ən aşağı maaş Çeçenistandadır

...2023-cü ilin yanvar-mart aylarında Çeçenistanda dövlət idarəçiliyi və hərbi təhlükəsizlik sahəsində orta əmək haqqı 56 min rubl təşkil edib.

Qeyd edək ki, Çeçenistanda təhsil sahəsində orta əmək haqqının rayon üçün minimum olmasına baxmayaraq, bu göstərici Şimali Qafqazda ən yüksək olub.

SİA rus qaynaqlarına istinadən xəbər verir ki, məlumatı Federal Dövlət Statistika Xidmətinin Şimali Qafqaz üzrə Departamenti təqdim edir.

Ümumilikdə yanvar-mart aylarında respublikada orta rəsmi əmək haqqının 35287 rubl olmasına baxmayaraq, Çeçenistanda orta məmur və təhlükəsizlik işçisi 56 291 rubl alır. Müqayisə üçün qeyd edək ki, Stavropol diyarında məmurların və hərbi qulluqçuların orta əmək haqqı 50 min rubl, Qaraçay-Çərkəz və Kabardin-Balkariyada 53 min, İnquşetiya və Şimali Osetiyada 54 min rubl təşkil edib.

İl ərzində çeçen dövlət qulluqçularının və təhlükəsizlik qüvvələrinin əmək haqqı 18 faiz artaraq respublikanın bütün konkret fəaliyyət sahələri arasında ən yüksək göstəriciyə çevrilib.

Amma təhsillə bağlı bunu demək olmur. Məsələn, bu il Çeçenistanda müəllumin orta əmək haqqı 26 073 rubl təşkil edib.

Müqayisə üçün qeyd edək ki, Stavropol diyarında müəllimlər orta hesabla 34 min rubl, Kabardin-Balkariyada - 31 min, Şimali Osetiyada - 30 min, Dağıstanda - 29 min rubl alırlar.

Maraqlıdır ki, Çeçenistanda hələ təhsil sahəsində əmək haqqının il ərzində 10 faiz artdığı bildirilir.

Yeri gəlmişkən, Rusiyanın rəsmi statistikasına görə, ötən il Çeçenistan işsizlik, yol qəzalarında ölənlərin sayı, iflasların artması, ən aşağı maaşlar üzrə reytinqlərdə lider olub.

...2022-ci ildə Rusiya regionlarının sosial-iqtisadi inkişafı reytinqində Şimali Qafqazın dörd respublikası ilk onluğa daxil olub.

...“Rosstat” 2022-ci ildə xaricdə yaşayan yoxsulluqla bağlı məlumatları dərc edib. Bu göstəriciyə görə ölkədə ən pis vəziyyət İnquşetiyada olub - burada əhalinin üçdə biri yoxsuldur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə