Fransız generalı Kiyevin əsas problemini dilə gətirib...
“Vaxt Rusiyaya işləyir..?"

Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-dakı himayədarları hakimiyyəti itirən kimi Kiyev rejiminin də sonu gələcək və bu, həm də Ukrayna münaqişəsinin sonu demək olacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri Fransa ordusunun generalı Dominik Delavarde deyib.

...Düşünürəm ki, Zelenski və onun himayədarları hakimiyyəti itirəndə problem qismən həll olunacaq. Amma mən 2024-cü ildən əvvəl sülhün əldə olunacağına inanmıram. Düşünürəm ki, Ukraynada keçirilən xüsusi əməliyyatın nəticələri ABŞ-da prezident seçkilərində həlledici rol oynayacaq. Belə ki, 2024-cü ilin noyabrında tunelin sonunda işıq görünəcək.

Qeyd edtdiyimiz kimi fransalı general deyib bunu. Qeneralın fikirincə, “F-16” qırıcılarının Ukraynaya təhvil verilməsi amerikalıların diqqəti Baxmutun itirilməsindən yayındırmaq cəhdindən başqa bir şey deyil.

Delavarde əmindir. təyyarə Ukrayna səmasında bir neçə aydan tez görünməyəcək. General hesab edir ki, bunlar köhnəlmiş tıyyarələr olduğundan, çətin ki, cəbhə xəttində nəsə bir iş görə bilsinlər.

Delavarde, həmçinin Ukrayna münaqişəsini Qərb hegemonluğuna qarşı çoxqütblü dünya uğrunda qlobal mübarizənin bir hissəsi adlandırıb.

“Kollektiv Qərb” iqtisadiyyatının xeyli zəiflədiyi, Rusiyanın isə tələsmədiyini, gücünü xilas etdiyinə yönəltdiyini bildirən generalın fikrincə, bu, düzgün mövqedir. Yəni zaman Moskva üçün işləyir: Qərb hər gün zəifləyir, güc balansı getdikcə daha çox Rusiyaya doğru dəyişir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə