Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 483 uşaq ölüb

Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 483 uşaq ölüb

Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 483 uşaq ölüb, 989 uşaq müxtəlif dərəcəli xəsarət alıb. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Verilən məlumatlara görə, ən çox uşaq Donetsk, Xarkov və Xerson vilayətlərində zərər çəkib.

“Bu rəqəmlər yekun deyil. Onların aktiv hərbi əməliyyatların aparıldığı yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə araşdırılması istiqamətində işlər davam etdirilir”. Bu nazirliyin bəyanatında deyilir.

Yeri gəlmişkən, BMT-nin məlumatına görə, 2022-ci il fevralın 24-dən 2023-cü il mayın 8-dək Ukraynada 8791 dinc sakin həlak olub, 14815 nəfər yaralanıb. Geniş məhvetmə radiusuna malik partlayıcı silahlardan istifadə zamanı mülki əhalinin əksəriyyəti zərər çəkmiş - 7297 nəfər həlak olmuş, 14022 nəfər yaralanmışdır.

BMT-nin ehtimalına görə, qurbanların real sayı daha çox ola bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə