Beləliklə, Salvadorun keçmiş prezidenti qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edilib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə məlumatı “Associated Press” yayıb.
Funes hazırda 2019-cu ildə vətəndaşı olduğu Nikaraquada yaşayır.
Keçən il El Salvador qiyabi məhkəmələrə icazə vermək üçün qanuna dəyişikliklər qəbul etdi.
Prokurorluq Funesi cinayətkar dəstələrlə qeyri-qanuni əlaqədə ittiham edib. Eks-prezident dəstələrlə danışıqlar apardığını və ya onların rəhbərlərinə hər hansı imtiyazlar verdiyini təkzib edib.
Məhkəmə həmçinin təqaüddə olan keçmiş təhlükəsizlik naziri general David Munguia Payes-i də oxşar ittihamla 18 il müddətinə azadlıqdan məhrum edib. Payes, iclasın sonunda verdiyi ifadəsində, çoxlu qanun pozuntularının olduğunu etiraf etdiyini və ona qarşı irəli sürülən ittihamların heç bir hüquqi əsasının olmadığını irəli sürüb.
Ölkənin hazırkı prezidenti Nayib Bukele də quldur dəstələri ilə eyni cür danışıqlar aparmaqda ittiham olunur.
2015-ci ildə El Salvadorun Ali Məhkəməsi dəstələrin terror təşkilatı olduğuna qərar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB