Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropadan Qara dənizə, Qafqaz və Yaxın Şərqdən Şimali Afrikaya qədər Türkiyə ətrafında təhlükəsizlik və sülh qurşağı qurmağı hədəflədiklərini söyləyib.
Paytaxt Ankarada keçirilən Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) 79-cu Baş Assambleyasında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan ölkənin üzləşdiyi problemlərə birlikdə həll yolları tapacaqlarını bildirib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyə Prezidenti,''Türkiyə yüz ili''ni birlikdə inşa edəcəyik deyə bildirib.
Rifah səviyyəsini yüksəltmək üçün addım atmaqda qətiyyətli olduqlarını ifadə edən Rəcəb Tayyib Ərdoğan deyib: ''İnflyasiya səviyyəsinin birrəqəmli olmasını təmin edən bir izidk, yenə biz olacağıq''.
əTürkiye Prezidenti Nazirlər Kabineti formalaşdiqdan sonra xarici ölkələrə səfər etməyə başlayacağını ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB