Belqorod vilayətində Rusiya və Ukrayna arasında sərhədi demək olar ki, heç bir təlim keçməmiş çağırışçı əsgərlər qoruyur.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bundan əvvəl Kreml yönümlü bloger, “Komsomolskaya Pravda” qəzetinin hərbi müxbiri Aleksandr Kots, Belqorod vilayətində törədilən təxribatı şərh edərək, işğal zamanı Qrayvoron sərhəd-keçid məntəqəsini heç bir təlim keşməmiş çağırışçılar tərəfindən qorunduğunu bildirmişdi.
Bu arada əsgər analarından biri deyir ki, onun çağırışçı oğlu sərhədə göndərilib, baxmayaraq ki, o, avtomatdan atəş açmağı belə öyrənməyib. Onun sözlərinə görə, Belqorod hərbi prokurorunun köməkçisi Denis Mixeyevlə görüşdə o bildirib ki, əsgərlərin telsizləri var və onların vəzifəsi fövqəladə vəziyyət zamanı komandanlıqla əlaqə saxlayaraq əlavə qüvvələr çağırmaqdır.
Analar həmçinin iddia edirlər ki, çağırışçı əsgərlərə onların hazırlanmadığı hərbi ixtisaslar verilib. Məsələn, onlardan biri minimal tibbi təhsili belə olmasa da, hərbi həkim kimi yazılıb.
Maraqlıdır ki, Qərb Hərbi Dairəsinin komandanlığı çağırışçıların dövlət sərhədinin möhkəmləndirilməsi və qorunmasına yönəlmiş tapşırıqları yerinə yetirdiyini təsdiqləyib.
Yeri gəlmişkən, qohumları sərhədin Rusiya tərəfində atəşə tutulması nəticəsində artıq bir neçə çağırışçının öldüyünü bildiriblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB