Türkiyədə tornado görənləri qorxutdu

Türkiyədə tornado görənləri qorxutdu

Amasyanın Gümüşhacıköy mahalında meydana gələn tornado səbəbi ilə əhali arasında böyük qorxu və çaxnaşma yaşanıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi əlumata görə, Ovabaşı kəndində yağışdan sonra yaranan tornadonun ölçüsü kifayət qədər nəhəng olub.

Təbiət fenomeni bir müddət sonra yoxa çıxıb. Onun kənddə maddi ziyana səbəb olmadığı bildirilib.

Qeyd edək ki, güclü yağış Amasya şəhər mərkəzi və digər rayonlarda da təsirli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə