İmperatorun saatı 5 milyon dollara satıldı

İmperatorun saatı 5 milyon dollara satıldı

Çinin Qing sülaləsinin sonuncu imperatoru Aisin-Gioro Puyiyə məxsus qol saatı Honq Konqda keçirilən hərraca çıxarılıb. SİA xəbər verir ki, hərracda "Patek Philip" markalı qol saatının başlanğıc qiyməti 3 milyon dollardan çox olub.

Adı açıqlanmayan müştəri saatı təxminən 5,1 milyon dollara alıb.

Qeyd edək ki, Puyi 1908-ci ildə taxta çıxıb və 3 ildən sonra inqilabla hakimiyyətdən uzaqlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə