Gürcüstan prezidenti yalan danışmaqda ittiham olunur

Gürcüstan prezidenti yalan danışmaqda ittiham olunur

"Gürcü arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze Gürcüstan prezidentini “yalan məlumat” yaymaqda ittiham edib. O, mayın 20-də Kvarelidə Rusiya xarici işlər nazirinin qızı Yekaterina Vinokurovanın (Lavrova) Gürcüstana gəldiyi toy şənliyi ilə bağlı Gürcüstan prezidenti Salome Zurabişvilinin sözlərinə münasibət bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Mdinaradze qeyd edib ki, prezident Gürcüstan aviaşirkətləri ilə bağlı bəyanatlar verib və onu boykot etməyə çağırıb. “Gürcü arzusu”nun nümayəndəsinin sözlərinə görə, beləliklə, ölkə vətəndaşlarının emosiyalarının yoxlanılması prosesi gedir. Bundan əlavə, Mdinaradze qeyd edib ki, Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ölkə prezidentinə toyu ikinci gün təxirə saldığını deyə bilməyib.

“Gürcüstan prezidenti belə qeyri-ciddi və düzgün olmayan bəyanatlar verir. Onun ifadəsində yalan məlumatlar var. Ola bilməzdi ki, Vaxtanq Qomelauri ona toyu ertəsi gün təxirə salacağını deyib və s. Qomelauri və Daxili İşlər Nazirliyi belə məsələlərlə məşğul olmur. Onun işi cəmiyyəti, qanunu və təhlükəsizliyi qorumaqdır”.

Bunu gürcü saytları Mdinaradzedən sitat gətirir.

Qeyd edək ki, mayın 20-də Gürcüstan prezidenti Salome Zurabişvili xüsusi brifinqdə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri ilə əlaqə saxlamağın “çox çətin” olduğunu bildirsədə, lakin buna baxmayaraq ondan bu gün toyun ikinci yarısını qeyd edəcək insanlar artıq Gürcüstanı tərk etməyə başladıqları barədə təminat aldığını demişdi.

Yeri gəlmişkən, həmin gün prezident Rusiya Federasiyası ilə birbaşa uçuşların həyata keçirilməsi ilə əlaqədar Gürcüstanın “Georgian Airways” aviaşirkətini boykot etdiyini açıqlayıb.

Və buna cavab olaraq aviaşirkətin direktoru Tamaz Qayaşvili Gürcüstan prezidentini persona non-qrata elan edib(?).

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə