Volqoqradda Quranın yandırılması ilə törədilən təxribatda Amerika xüsusi xidmət orqanları iştirak edir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yayıb.
“Mövcud məlumatlara görə, müsəlman məbədinin təhqir edilməsi ilə bağlı cinayətin törədilməsində Amerika kəşfiyyat xidmətlərinin birbaşa iştirakı var”.
Qeyd edək ki, bunu yayımlayan RİA Novosti, bu gün Ukrayna kəşfiyyat xidmətlərinin fəaliyyətini ABŞ və Böyük Britaniya tərəfindən idarə olunduğunu və onların rəhbərliyi altında Rusiyada terror aktları, təxribatlar planlaşdırdıqlarını bildirib.
Öz növbəsində İstintaq Komitəsi Quranın yandırılması faktı ilə bağlı cinayət işinin əlavə araşdırma üçün Çeçenistan Respublikası üzrə İstintaq İdarəsinə verildiyini bəyan edib.
“Ərazi yurisdiksiyasının dəyişdirilməsi qərarının səbəbi bir sıra səbəblər, xüsusən də Çeçenistan Respublikasının sakinlərinin onların qurban kimi tanınması ilə bağlı çoxsaylı müraciətləri olub”.
Bunu Rusiya İstintaq Komitəsinin mətbuat katibi Svetlana Petrenko bildirib.
O, əlavə edib ki, müstəntiqlərə cinayətin təşkilində xarici kəşfiyyat xidmətlərinin iştirakı ilə bağlı ortaya çıxan məlumatları nəzərə almaq tapşırılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB