El Salvadorda stadionun girişində izdiham - Ölən və yaralananlar var
El Salvadorda “Alianza” və “FAS” komandaları arasında keçirilən futbol matçını izləmək üçün stadiona daxil olmaq istəyən tərəflər arasında izdiham yaranıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt San Salvadorda stadionun girişində baş verən izdihamda ən azı 9 nəfər həyatını itirib.
Çox sayda insanın vəziyyətinin ağır olduğu və xəstəxanaya aparıldığı bildirilib. Matç gec bir tarixə təxirə salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB