Sanksiya paketinə daxil edilənlərin səkkizi Çində qeydiyyatdan keçib
Avropa İttifaqı Rusiyaya qarşı məhdudiyyətlərdən yayınan 90 kompaniyanı 11-ci sanksiya paketinə daxil edib. Onlardan səkkizi Çində qeydiyyatdan keçib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen bu barədə ZDF telekanalının efirində bildirib.
“Biz sanksiyalardan yayınmaların qarşısını qətiyyətlə almaq niyyətindəyik. Bu səbəbdən 11-ci sanksiya paketinə Avropa İttifaqından üçüncü ölkələr vasitəsilə Rusiyaya qadağan edilmiş məhsullar daşıdığına dair sübutların olduğu 90 kompaniya daxil edilib”, - deyə Avropa Komissiyasının sədri bildirib.
Qeyd edək ki, martda Ursula Fon der Lyayen Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin qüvvədə olan məhdudiyyətlərdən yayınma halları ilə mübarizəyə yönələcəyini açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB