Tbilisinin mərkəzində, Gürcüstan parlamentinin binası yaxınlığında Rusiya ilə birbaşa uçuşların bərpasına qarşı aksiya keçirilib. İştirakçılar “Rusiya qanunu yoxdur” şüarları səsləndirir və Gürcüstan hakimiyyətinin iki ölkə arasında birbaşa uçuşlara icazə vermək qərarını kəskin tənqid ediblər.
Etirazçıların fikrincə, uçuşların bərpası ölkəni ciddi risklə üz-üzə qoyur və Gürcüstanı Avropa İttifaqına namizəd statusundan məhrum qala bilər.
Xatırladaq ki, cümə günü dörd il ərzində ilk dəfə olaraq Rusiya təyyarəsi Tbilisi hava limanına eniş etdi. Bununla bağlı hava limanı yaxınlığında gürcü fəalların etiraz aksiyası keçirilib
SİA-nın əldə etdiyi məlumata görə, polis ən azı altı iştirakçını saxlayıb.
Bir daha xatırladaq ki, mayın 10-da Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslərə qoyulan qadağanı ləğv edib və Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB