“Döyüş yolunu ukraynalılar seçmədi”

Suriya prezidenti Bəşər Əsədin 12 ildən sonra ilk dəfə iştirak etdiyi Ərəb Liqası Sammitində Ukrayna prezidenti V.Zelenski də iştirak edib
“Döyüş yolunu ukraynalılar seçmədi”

Ukrayna prezidenti Volodimir Zelenski "Biz təslim olmayacağıq və heç bir xarici işğalçıya boyun əyməyəcəyik. Torpaqlarımızı geri almaq üçün mübarizəmizi davam etdirəcəyik" dedi.

SİA-nın əldə etdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Ciddə şəhərində 32-ci Ərəb Liqası Sammiti başlayıb.

Suriya prezidenti Bəşər Əsədin 12 ildən sonra ilk dəfə iştirak etdiyi Ərəb Liqası Sammitində Ukrayna prezidenti V.Zelenski də iştirak edib. O, buradakı çıxışında Ukraynanı, xalqını və Ukraynada yaşayan müsəlmanları müdafiəyə çağıraraq deyib: "Döyüş yolunu ukraynalılar seçməyib. Biz heç bir ölkəyə hücum etməmişik. Ona görə də biz təslim olmayacaq və heç bir xarici işğalçıya boyun əyməyəcəyik. Torpaqlarımızı geri almaq üçün mübarizəmizi davam etdirəcəyik".

Səudiyyə Ərəbistanına məhbus mübadiləsində vasitəçi roluna görə təşəkkürünü bildirən Ukrayna prezidenti Rusiya işğalından azad olduqdan sonra ərəb turistlərin yenə ölkəyə səfər edəcəklərinə ümid etdiyini söyləyib.

Ciddədə başlayan 32-ci Ərəb Liqası Sammitində Fələstin problemi, Suriya, Livan, Sudan və Yəmən kimi regional böhranlar müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə