Aİ diplomatiyasının rəhbəri Cozep Borrell Ukraynaya hərbi yardım fondunun 3,5 milyard avro artırılmasını təklif edib. SİA xəbər verir ki, bu barədə “Reuters” Avropa İttifaqındakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Borrell ölkələri artıq Kiyevə təxminən 4,6 milyard avro ayırmış “Avropa Sülh Fondu”na əlavə vəsait yatırmağa dəvət edib.
Nəşrin mənbəsinin məlumatına görə, fondun pulu tükənmək üzrədir və Aİ-nin xarici xidməti Ukraynaya və digər ölkələrə hərbi yardım göstərmək üçün kifayət qədər vəsaitin olacağına əmin olmaq istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB