G7 liderləri Zelenski ilə danışıqlar aparacaq

G7 liderləri Zelenski ilə danışıqlar aparacaq

Mayın 19-21-də Yaponiyanın Xirosima şəhərində keçiriləcək sammitdə Böyük Yeddiliyə (G7) qatılan ölkələrin liderləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq niyyətindədirlər. SİA xəbər verir ki, bu haqda ABŞ Prezidentinin Milli Təhlükəsizlik müşaviri Cek Sallivan brifinq zamanı danışıb.

“Biz G7 liderləri ilə Prezident Zelenski arasında müəyyən qarşılıqlı əlaqəni gözləyirik. Bu qarşılıqlı əlaqənin parametrləri hələ də işlənir”, - deyə Sullivan bildirib.

O, Ağ Evin məsələ ilə bağlı daha çox məlumat əldə etdiyi zaman danışıqların mahiyyəti barədə məlumat verəcəyini vəd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə