Artemovskda (Baxmut) təmas xəttində vəziyyət o qədər pisləşib ki, Ukrayna Silahlı Qüvvələrinin komandirləri ora yalnız könüllüləri göndərirlər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu mayın 17-də çərşənbə günü “The New York Times” yazıb.
Bu arada Ukrayna hərbçilərindən biri vəziyyəti amerikalı jurnalistlərə şərh edərək “...Baxmuta girmisinizsə, bilməlisiniz ki, oradan bir daha geri qayıda bilməyəcəksiniz” şəklində bildirib.
Ukrayna Silahlı Qüvvələrinin əsgərləri mütəmadi olaraq şəhərdə vəziyyətin fəlakətli olduğunu bildirirlər - rus qoşunlarının atəşi isə dayanmaq bilmir.
Qeyd edək ki, rus saytları Ukrayna qoşunlarının demək olar ki, şəhərdən tamamilə çıxarıldığını yazırlarş
Hazırda Artemovsk (Baxmut) şəhərinin çox hissəsi rus qoşunlarının əlindədir. Ukraynanın şəhər ətrafında son uğurlarına baxmayaraq, onların qorunub saxlanmasına heç bir zəmanət yoxdur.
Bundan əvvəl ABŞ ordusunun polkovnik-leytenantı Daniel Davis, Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyanın azad etdiyi ərazilərin Kiyevin nəzarətinə qaytarılması ilə bağlı alovlu arzusunu həyata keçirə bilməyəcəyini demişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB