...2022-ci ildə “Roskomnadzor” (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət üzrə Federal Xidməti) xarici agent kimi tanınan resurslar və şəxslər üçün 156 protokol tərtib edib.
Ədliyyə Nazirliyinin Rusiya Federasiyasının Dövlət Dumasına təqdim etdiyi hesabata görə, bu, bir il əvvəllə müqayisədə 1,75 dəfə çoxdur.
Sənədə əsasən, Rusiya məhkəmələrinin xarici agentlərə qarşı tətbiq etdiyi cərimələrin məbləği 60 dəfə - 228,6 milyon rubla qədər artıb (müqayisə üçün deyək ki, bu 2021-ci ildə 3,8 milyon rubl olmuşdu-A.B.).
Qeyd edək ki, son bir ildə xarici agentlərin reyestri 188 vəzifə (2021-ci ildə bu 108 idi- A.B.) artıb.
Ədliyyə Nazirliyi bu artımı KİV-də Ukraynadakı hərbi əməliyyatlarla bağlı Rusiya siyasətini gözdən salmaq məqsədi daşıyan mesaj və materialların sayının artması ilə izah edib. Bundan əlavə, Ədliyyə Nazirliyi onların LGBT münasibətlərinin təbliğinə yönəlmiş və ənənəvi rus mənəvi-əxlaqi dəyərlərinə xələl gətirən materiallar üçün reyestrə daxil edildiyini təsdiqləyib.
Yeri gəlmişkən, 2022-ci ilin sonunda reyestrdə 515 fiziki şəxs və təşkilat var. Bundan başqa, Ədliyyə Nazirliyində xarici agentlərlə əlaqəsi olan 861 şəxsin siyahısı var.
Hesabata görə, son bir il ərzində Ədliyyə Nazirliyinin şəxslərin xarici agent kimi tanınması ilə bağlı 118 qərarından məhkəməyə şikayət verilsə də, amma iddiaların heç biri təmin edilməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB