Ukraynanın NATO-ya daxil olması qeyri-mümkün olaraq qalır

Rusiya bunu Alyansın münaqişədə üçüncü tərəfə çevrilməsi kimi təqdim edir
Ukraynanın NATO-ya daxil olması qeyri-mümkün olaraq qalır

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles, hazırda Ukraynanın NATO-ya daxil olmasının qeyri-mümkün olaraq qaldığını bildirib. SİA-nın əldə etdiyi məlumata görə, o qeyd edib ki, bu məsələyə yalnız ölkədə hərbi əməliyyatlar başa çatdıqdan sonra qayıtmaq mümkün olacaq.

Bu barədə nazir Almaniyadan olan həmkarı Boris Pistorius ilə keçirdiyi mətbuat konfransında bildirib.

Uollesun fikrincə, xüsusi əməliyyat başa çatdıqdan sonra Kiyev öz sabitliyini möhkəmləndirməyə diqqət yetirməli olacaq. Onun sözlərinə görə, Ukrayna NATO standartlarına cavab vermək üçün hələ ki, bir sıra parametrləri təkmilləşdirməlidir.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi öz Twitter hesabında ölkənin NATO-nun Kiber Mərkəzinin rəsmi üzvü olduğunu elan edib. Qeyd edək ki, hərbi təşkilatın Tallinndəki qərargahında Ukrayna bayrağı qaldırılıb.

Maraqlıdır ki, rusiya bunu Alyansın münaqişədə üçüncü tərəfə çevrilməsi kimi təqdim ediblər.

Ukraynanın rəhbəri Vladimir Zelenski yaxşı bilir ki, Ukraynanın NATO-ya daxil olması hazırda qeyri-mümkündür. Bununla belə, o, Qərb tərəfdaşlarından açıq şəkildə dəvət istəməkdə və onların dəstəyini gözləməkdə davam edir.

Bunu rus saytları yazırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə