Ukraynada genişmiqyaslı hava həyəcanı elan edildi

Ukraynada genişmiqyaslı hava həyəcanı elan edildi

Mayın 16-da axşam saatlarında Kiyevdə, Ukraynanın bir sıra vilayətlərində, ölkənin mərkəzində, şimalında və cənubunda hava xəbərdarlığı elan edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, partlayışlar nəticəsində bir qadın qəlpə yaraları alıb.

Nikolaiv merinin sözlərinə görə, partlayışlardan sonra şəhərdə bir neçə yanğın başlayıb. O, həmçinin bölgələrdən foto və videoları yaymamağa çağırıb.

Nikolayev vilayətinin rəhbəri Vitali Kim Nikolayev sakinlərini, xüsusilə İnqul rayonunda diqqətli olmağa çağırıb.

Xatırladaq ki, bu gecə Rusiya növbəti dəfə Ukraynaya kütləvi şəkildə hücum edib.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Valeri Zalujnının sözlərinə görə, 18 raket atılıb və hamısı vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə