YouTube “Komsomolskaya Pravda” radio kanalını bloklayıb

YouTube “Komsomolskaya Pravda” radio kanalını bloklayıb

Amerikanın “YouTube” video hostinqi 500 mindən çox istifadəçinin abunə olduğu “Komsomolskaya Pravda” radio kanalını bloklayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Telegram kanalında yayımçı bildirib.

Qeyd edək ki, videohostinq kanalın bloklanmasına səbəb kimi YouTube-un istifadə şərtlərinin pozulmasını göstərib. Amma maraqlıdır ki, “Komsomolskaya Pravda” radiosu bu ittihamları rədd edib.

“Biz bu platformanın qaydalarını heç vaxt pozmamışıq. Lakin şirkət sağlam düşüncəyə zidd olaraq Rusiyanın əsas radio stansiyalarından birinin hesabını barmaqları ilə sındırıb”.

Bunu bildirən radiostansiya nümayəndələri artıq YouTube-da yeni kanal açdıqlarını da bildiriblər.

Rus saytlarının yazdığına görə, son bir il ərzində YouTube bir çox məşhur rus bloggerlərini bloklayıb.

Xüsusilə, 2022-ci ilin avqustunda videohostinq Goblin kimi tanınan Dmitri Puçkovun kanalına girişi məhdudlaşdırıb. Burada da videohostinq səbəb kimi qaydaların pozulmasını göstərib.

Bundan əlavə, videohostinq dizayner Artemi Lebedevin, “Ay, necə də sadə” kimi tanınan bloqqer Stas Vasilyevin, prankerlər Vovan və Lexusun hesablarını da bloklayıb.

...Bir çox Rusiya KİV-lərinin hesabları da bağlanıb. Onların arasında Birinci Kanal və Rusiya 1, NTV, Zvezda telekanalı və digər Rusiya KİV-lərinin səhifələri var.

Bunu da Rusiya tərəfi bildirib.

Ağasəf Babayev

.

Bütün xəbərlər Facebook səhifəmizdə