Toyuqlar metronun fəaliyyətini dayandırdı

Toyuqlar metronun fəaliyyətini dayandırdı

Meksikanın paytaxtında metronun 9-cu xəttində yerləşən "Centro Medico" metrostansiyasında toyuq relslərə girdiyi üçün gedişlərdə fasilə yaranıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, metro işçiləri toyuğu relslərdə tutmaq üçün elektrik enerjisini kəsib, işçilər bir müddət sonra toyuğu tuta biliblər.

Mexiko şəhər metro idarəsi tərəfindən edilən açıqlamada vətəndaşlara relslərə düşə biləcək əşyalarını qorumaq və ev heyvanlarını qəfəslərdə daşımaq tövsiyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə