...Ciddi xəstə olduğu və hətta bu xəstəliyə görə yeriməkdə də çətinlik çəkdiyini deyirdilər.
Amma…ona “xəstədir” deyənlərin açığına Belarus prezidenti Aleksandr Lukaşenko ötən günlərin birində respublikanın Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının mərkəzi komandanlıq məntəqəsinə gələrək ictimaiyyət qarşısına çıxıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri dövlət başçısının mətbuat xidmətinə yaxın “Pool of the First” Telegram kanalı yayıb.
Qeyd olunur ki, Lukaşenko ora hava hücumundan müdafiə bölmələrinin döyüş növbətçiliyinin təşkili və yerinə yetirilməsi ilə bağlı hesabatı dinləmək üçün gəlib. Nəşrə əlavə edilən fotoda respublika başçısının sol qolunda sarğı var.
Qeyd edək ki, Bundan əvvəl Lukaşenkonun Belarusun Bayraq, Gerb və Himni gününün qeyd olunması mərasimini buraxdığı bildirilirdi. Daha sonra Dövlət Dumasının MDB işləri üzrə komitəsi rəhbərinin birinci müavini Konstantin Zatulin Belarus prezidentinin xəstələndiyini (…necə deyərlər, ağzı əyrini boynu ardından tanıyarlar-A.B.) bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB