“Çətinliklərin yaradacağı şübhəsizdir”

Fransa “AMX-10RC” təkərli tanklarını Ukraynaya təhvil verib
“Çətinliklərin yaradacağı şübhəsizdir”

Fransanın Ukraynaya vermək niyyətində olduğu “AMX-10RC” təkərli tankları ötən əsrin silahları olsa da, amma onları qiymətləndirməmək düzgün olmaz. SİA-nın əldə etdiyi məlumata görə, fransız zirehli maşınlarının niyə təhlükəli olduğunu hərbi ekspert Yuri Knutov “xırdalayıb”.

Beləliklə, o qeyd edib ki, 1976-cı ildən 1994-cü ilədək istehsal edilən “AMX-10RC”-lər Afrikanın səhra bölgələrində istifadə üçün yaradılıb. Bu gün bu texnika köhnəlmiş hesab olunur, çünki müasir elektron doldurma və avtomatlaşdırılmış döyüş sistemləri yoxdur.

Knutovun sözlərinə görə, ən çox “AMX -10RC” təkərli şassi üzərində özüyeriyən artilleriya qurğusunu xatırladır. Təkərlər onu kifayət qədər yüksək sürət və manevr qabiliyyəti ilə təmin edir, əlavə olaraq, bu cür avadanlıqlara xidmət etmək üçün xüsusi personal tələb olunmur. Belə ki, adi sürücü mexanikləri də bunu edə bilir.

Və nəzərə alsaq ki, hazırda Ukrayna ərazisində torpaq quruyub, “AMX-10RC”-dən kifayət qədər aktiv istifadə etmək olar.

Rusiyalı ekspert, “...piyada qoşunlarına dəstək vasitəsi kimi düzgün taktiki istifadə ilə bu təkərli tanklar Ukrayna qoşunlarının irəliləməsində müəyyən rol oynaya bilər”-deyə etiraf edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə