Devlet Bahçeli Türkiyədə seçkilərdə səs verib

Devlet Bahçeli Türkiyədə seçkilərdə səs verib

Türkiyənin Milliyətçi Hərəkat partiyası (MHP) sədri Devlet Bahçeli ölkədə keçirilən prezident və parlament seçkilərində səs verib.

SİA TurkicWorld-a istinadən xəbər verir ki, Devlet Bahçeli Ankarada səs verib.

Xatırladaq ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilərdə 3 namizəd iştirak edir.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 5 ildən bir keçirilir.

Bu gün yerli vaxtla saat 17:00-da Türkiyədə parlament və prezident seçkiləri başa çatacaq.

Xatırladaq ki, ümumilikdə Türkiyədə səsvermə hüququna 64 milyondan artıq insan malikdir.

Türkiyədə yaşayan 60 milyon 697 min 843 seçicinin 30 milyon 710 min 790-ı, yəni 50,60 faizini qadınlar təşkil edir.

Kişi seçicilərin sayı isə 29 milyon 987 min 53 nəfər olmaqla 49.40 faiz təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə