Stavropol diyarında ərazi qubernatorunun köməkçisi Andrey Vorontsova qarşı cinayət işi başlanıb. O, Ukraynada döyüşən rus əsgərləri üçün forma və ləvazimatların alınması üçün nəzərdə tutulan 10 milyon rubldan çox pulu mənimsəməkdə şübhəli bilinir.
“Stavropol bloknot”u nəşrinin yazdığına görə, 2023-cü ilin yanvar ayından Vorontsov Stavropol diyarının qubernatoru Vladimir Vladimirovun köməkçisi vəzifəsini tutur və eyni zamanda Stavropol rayon kazak cəmiyyətinin atamanının böyük yoldaşı kimi fəaliyyət göstərir.
Müstəntiqlərin fikrincə, o, öz vəzifə səlahiyyətlərindən istifadə edərək sahibkarlar Sergey Dudkin və Aleksandr Titovla dövlət müqavilələri bağlayıb, sonra onlar rezin çəkmələrin tədarükü ilə bağlı büdcə vəsaitlərinin mənimsənilməsi sxemində iştirak ediblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bundan əvvəl yerli nəşrlər Dudkin və Titovun cinayət işi haqqında yazmışdılar: onlar ordu üçün yataq çantaları, döşəklər və rezin çəkmələri baha qiymətə satmaqda şübhəli bilinirdilər.
Qeyd edək ki, Vorontsovun həbs edilib-edilməyəcəyi hələlik məlum deyil.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB