Silah-sursat zavodunda partlayış baş verib

Silah-sursat zavodunda partlayış baş verib

İsveçin qərbində, Karlsborq şəhərində silah-sursat zavodunda partlayış baş verib. SİA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, nəticədə bir nəfər xəsarət alıb.

Hadisə yerində çalışan fövqəladə hallar xidməti partlayışın dəqiq səbəbini müəyyən etməyib. Lakin polis bunun istehsal xətası deyil, təmir işləri ilə bağlı olduğunu iddia edir.

Zavodda kiçik çaplı döyüş sursatları və onların komponentləri istehsal olunduğu qeyd edilir. İstehsalatda 300-ə yaxın işçi çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə