Medvedev Polşanın adının dəyişdirilməsini təklif edib…

Medvedev Polşanın adının dəyişdirilməsini təklif edib…

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Polşa hakimiyyətinin Rusiyanın Kalininqrad şəhərinin adının dəyişdirilməsi ilə bağlı qərarına reaksiya verərək, Polşanın Polşa Krallığı adlandırılmasını tövsiyə edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq yazı bu gün, mayın 10-da onun “Tvitter” səhifəsində yer alıb.

Dmitri Medvedev Polşa hakimiyyətinin Kalininqradın adının Krulevets olaraq dəyişdirilməsi ilə bağlı qəbul etdiyi qərarı şərh edərək, Polşadakı şəhərlərin adlarının öz variantlarını təklif edib.

Məsələn, rusiyalı siyasətçi Krakovu-Krakau, Qdanskı - Dancin, Vroclavı - Breslau, Poznanı- Posen, Shetsin - Stettin adlandırmağı məsləhət görür. Rusiyanın eks-prezidentinin sözlərinə görə, Polşanın adının dəyişdirilməsi də daxil olmaqla, siyahını davam etdirmək olar.

“Əlbəttə, Polşa yox, yalnız Varşava Hersoqluğu və ya Rusiya Federasiyasının tərkibində Polşa Krallığı Rusiya İmperiyasının varisi kimi”, - deyə Dmitri Medvedev yekunlaşdırıb.

Xatırladaq ki, bu gün Polşada Rusiyanın Kalininqrad şəhəri “Krulevets” adlandırılıb.

Yeri gəlmişkən, Kremlin sözçüsü Dmitri Peskov Polşanın Kalininqradın adını dəyişdirərək Krulevyeç adlandırmasını “dəliliklə sərhəd olan proses” adlandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə