Bu gün, mayın 9-da Latviyada polis Qələbə bayramını qeyd edən 6 nəfəri saxlayıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri hüquq-mühafizə orqanlarının rəsmiləri idarənin rəsmi portalında yayıblar.
Verilən məlumata görə, qaydanı pozanlar Riqada sökülən sovet abidələrinin yerləşdiyi yerlərə gül dəstələri qoyarkən yaxalanıblar. Bundan əlavə onlar ölkədə qadağan olunmuş “Z” və “V” simvollarını nümayiş etdiriblər.
Qanunu pozanlar prosessual tədbirlər görülməsi üçün polis şöbəsinə aparılıblar. Qeyd edək ki, Latviyada insanlar ictimai yerdə hərbi təcavüzü tərənnüm edən simvollardan istifadə etdikləri üçün həbs olunurlar.
Rus saytlarının yazdığına görə, Latviya Rusiyanın Ukraynada xüsusi əməliyyatına başladıqdan sonra guya rusofob siyasəti daha da çiddətləndirib. Belə ki, ölkə rəhbərliyi sovet əsgərlərinin abidələrini də sökür.
Məsələn, bu ilin aprelində Riqada rus şairi Aleksandr Puşkinin abidəsi də sökülüb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB